(12.5.1953, Naxçıvan MR Şərur r–nunun Kərki k.) – tanınmış pedaqoq, Respublikanın qabaqcıl təhsil işçisi, Beynəlxalq Ekoenergetika Akademiyasının fəxri doktor – professoru (1994), Əməkdar müəllim (2011).
N.Tusi adına Azərb. Dövlət Pedaqoji Universitetinin Fizika fakultəsini bitirib (1975). Əmək fəaliyyətinə Göyçay r. Şıxbəy k. məktəbində fizika müəllimi kimi başlamışdır (1975-76). Sonra Göyçay r. Qarabağlar k. orta məktəbində fizika müəllimi (1977-87), Göyçay Rayon Təhsil şöbəsində inspektor (1987-2003) kimi fəaliyyət göstərmişdir. 2003–19 illərdə Göyçay Dövlət İdarəetmə və Texnologiya kollecinə rəhbərlik edib. Onun rəhbərliyi dövründə bu təhsil müəssisəsi müasir dövrün tələblərinə uyğun yüksək inkişaf mərhələsinə çatmışdır. X.Orucov hazırda ictimai sahədə fəaliyyətini davam etdirir. O, 2021 ildən Göyçay rayon Ağsaqqallar Şurasının sədri vəzifəsini icra edir.