(30.1.1982, Bakı ş.) – ictimai-siyasi xadim, iqtisadiyyat ü.f.d.
1989-99 illərdə Bakı ş.-də orta təhsil alıb. 1999 ildə BDU-nun Politologiya fakültəsinə daxil olub. 2003 ildə bakalavr pilləsini bitirdikdən sonra həmin il BDU-nun magistratura pilləsinə daxil olub. 2005 ildə Politologiya ixtisası üzrə magistr pilləsini fərqlənmə diplomu ilə bitirib. 2006 ildə ADİU-nun aspirantura pilləsinə daxil olub və hal-hazırda iqtisadiyyat üzrə fəlsəfə doktorudur.
2007 ildə Varşava Universiteti və Polşa Təhlükəsizlik Akademiyası tərəfindən təşkil edilən “SENSE” Proqramının və 2008 ildə Harvard Universiteti (Boston, ABŞ) “Liderlər İnkişafda Proqramı”nın məzunu olub. 1999 ildə Azərb. Könüllülər İB-ni təsis edib. 2000-06 illərdə Azərb. Könüllülər İB-nin prezidenti olub. 2002-05 illərdə AŞ Gənclər Məsələləri üzrə Məsləhət Şurası və Proqram Komitəsinin üzvü olub. 2002-06 illərdə AR Gənclər Təşkilatlarının Milli Şurasının baş katibi olub. 2005 ildə Qafqazda ilk Gənclər Parlamentini yaradıb. 2006-09 illərdə Azərb. Gənclər Parlamentinin sədri olub. 2005 ildə “İRƏLİ” Ümumrespublika Gənclər Hərəkatının təsisçilərindən biri olub. 2008-12 illərdə “İRƏLİ” İB-nin sədri vəzifəsini icra edib. 2008 ildə Azərbaycan Respublikasında keçirilən Prezident seçkilərində Prezidentliyə namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin vəkili olub.
2010-15 illər üçün AR Milli Məclisinin dördüncü çağırış millət vəkili seçilib, Milli Məclisin Beynəlxalq Münasibətlər və Parlamentlərarası Əlaqələr komitəsinin üzvü olub.
2012-14 illərdə Dünya Bankı və BVF Parlament Şəbəkəsinin İdarə Heyətinin üzvü olub.
Odlar Yurdu Universitetinin Beynəlxalq əlaqələr və innovasiyalar üzrə prorektoru vəzifəsində çalışıb. Dosent adını alıb.
Atası Yunis Osmanov uzun müddət Görçay r-n icra başçısının müavini vəzifəsindən çalışıb.
Mənbə: https://www.ceyhunosmanli.az/biography/