(12.19.11, Göyçay ş.–13.3.1986, Göyçay ş.) – müəllim, “Lenin” ordeni (1961).
Osmanov əmək fəaliyyətinə 1929 ildə Göyçay ş. birinci dərəcəli orta məktəbdə müəllim kimi başlamışdır. 1933 ildə APİ-ni bitirmişdir. 1933 ildə Göyçay r-nunun Ləkçıplaq k. Kənd–Cavanlar məktəbinə tədris hissə müdiri təyin edilmişdir. 1934 ilin yanvar ayında Göyçay r-n xalq maarif şöbəsinə pedaqoji kabinəyə müdir təyin edilmişdir. 1934 ilin sentyabr ayında Ucar r-nunun Qazıqumluq k. natamam orta məktəbə direktor vəzifəsinə təyin edilmişdir. 1935 ilin sentyabr ayında Ucar r-nunun Qaradağlı k. orta məktəbə direktor vəzifəsinə təyin edilmiş, 1936 ilin sentyabr ayına kimi həmin vəzifədə işləmişdir. 1936-37 illərdə Göyçay ş. beynəlmiləl orta məktəbə tədris hissə müdiri, 1937-39 illərdə Ucar r-nunun Qazıqumlaq k. tam orta məktəbdə tədris hissə müdiri, 1939-53 illərdə Göyçay ş. 1 saylı orta məktəbdə direktorun tədris işləri üzrə müavini işləmişdir. 1953-86 ilə kimi Göyçay ş. 1 saylı orta məktəbin direktoru olmuşdur. Osmanov SSR Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə 1947 ildə “Böyük Vətən Müharibəsində fədakar əməyə görə” medalı, 1984 ildə SSRİ maarif nazirinin əmri “SSRİ Təhsil əlaçısı”döş nişanı, pedaqoji fəaliyyətdə qazandığı uğurlara təltif edilmişdir.
Məlumat A.Məmməddən alınıb