(28.8.1946, Göyçay ş.) – fizika-riyaziyyat ü.f.d. (1976), dos. (2006).
1953-64 illərdə Göyçay ş. 1 saylı orta məktəbində oxuyub. 1964-69 illərdə BDU-nun Mexanika-riyaziyyat fakültəsinin əyani şöbəsində təhsil alıb. 1970-72 illərdə Fizika fakültəsində aspirant, 1973-78 illərdə müəllim, 1978-88 illərdə baş müəllim kimi çalışıb. 1988–2005 illərdə Fizika fakültəsində, 2006 ildən bu günədək Mexanika-riyaziyyat fakültəsində dos. vəzifəsində çalışır. 1976 ildə “Hiperbolik tip qeyri-xətti tənliklərin dövri və sanki dövri həlləri” mövzusunda dissertasiya müdafiə edərək fizika-riyaziyyat e.ü.f.d. alimlik dərəcəsi alıb.
Məlumat V.Abdullayevdən alınıb.