(21.7.1954, Göyçay r-nunun Alpout k. – 16.1.2020, Bakı ş.) – publisist, pedaqoq, pedaqogika ü.f.d. (2000), AJB-nin üzvü.
APİ-nin (indiki ADPU) Filologiya fakültəsini (1973) və Azərb. Resp. Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını (1986) bitirib. Əmək fəaliyyətinə Göyçay r-nunun Alpout k.-də müəllim kimi başlamış (1973-80), Göyçay r-n Komsomol Komitəsinin birinci katibi, respublika LKGİ Mərkəzi Komitəsinin üzvü olmuşdur. Daha sonra “Respublika” qəzetinin bölgə müxbiri (1996–2009), “Respublika” qəzeti baş redaktorunun birinci müavini vəzifələrində çalışıb.
2002-14 illərdə İ.Pənahovun 10-a qədər müxtəlif səpkili kitabları işıq üzü görüb. Bundan başqa, o, 50-dən artıq elmi və onlarla publisistik məqalənin müəllifidir. İ.Pənahov “Həsən bəy Zərdabi” və “Qızıl qələm” mükafatlarına layiq görülüb.
Məlumat A.Məmməddən alınıb.