(31.5.1982, Göyçay ş.) – diplomat, hüquqşünas, hüquq ü.f.d. (2010).
Göyçay ş. 3 saylı orta məktəbini “əla” qiymətlərlə (1999), BDU-nun Beynəlxalq hüquq fakültəsini “Fərqlənmə diplomu” ilə bitirib (2003). 2003 ildə BDU-nun Beynəlxalq hüquq fakültəsinin magistratura bölməsinə keçirilən imtahanlarda yüksək nəticə göstərərək qəbul olunub və 2005 ildə “Fərqlənmə diplomu” ilə magistraturanı bitirib. Eyni zamanda BDU-nun rektoru tərəfindən “Təhsil, təlim və tərbiyə sahəsində nümunəvi davranışına görə xüsusi diplom” ilə də təltif edilib. 2006-09 ildə BDU-nun Beynəlxalq hüquq fakültəsinin aspirantura bölməsinə qəbul olub. 2010 ildə “Qloballaşan dünyada öz müqəddəratını təyin etmənin beynəlxalq hüquqi problemləri” mövzusunda dissertasiya müdafiə edərək Azərb. Resp. Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə “Hüquq e.ü.f.d.” elmi dərəcəsi alıb.
2005 ildən AR XİN-də çalışır. 2005 ildə AR XİN-in Beynəlxalq Hüquq və Müqavilələr İdarəsinin referenti, 2007 ildə həmin idarənin attaşesi, 2008-12 illərdə AR BMT yanında Daimi Nümayəndəliyinin (Nyu-York ş.) attaşesi və III katibi vəzifələrində çalışıb. 2012 ildə uzunmüddətli ezamiyyət müddətini başa vuraraq geri qayıdıb və AR XİN-in Birinci Qərb Ərazi İdarəsinin (indiki MİAV) III katibi, həmin ilin dekabr ayında II katibi, 2015 ilin dekabr ayında isə I katibi vəzifələrinə təyin edilib. 2018-22 illərdə AR-in ÇXR-dəki səfirliyinin I katibi və müşaviri vəzifələrində çalışıb. İkinci dərəcəli müşavir diplomatik rütbəsinə malikdir. 2019 ildə “Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarının 100 illiyi” yubiley medalı ilə təltif edilib. Beynəlxalq hüquq sahəsində bir sıra elmi məqalələrin müəllifidir.
Məlumat V.Pənahovdan alınıb.