(8.1.1975, Göyçay r-nunun Çərəkə k. – 1.1.1994, Füzuli r-nu) – Birinci Qarabağ müharibəsində itkin düşübdür.
29.4.1993 il tarixdə əsgər rütbəsində hərbi xidmətə çağırılmışdır. 1.1.1994 il tarixdə Füzuli rayonunun Əbdürrəhmanlı kəndi ərazisində gedən döyüşlərdə itkin düşüb. Göyçay r-n məhkəməsinin 2001 il tarixli qətnaməsinə əsasən ona şəhid statusu verilib.
Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan və şəxsiyyəti müəyyənləşdirilən Piriyev İsmət Medal oğlunun meyitinin qalıqları 1.11.2024 il tarixdə Göyçay rayonuna gətirilərək Çərəkə kənd Şəhidlər xiyabanında dəfn edilib
Mənbə: Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Göyçay rayon şöbəsi.
Azərtac