
oyk., sadə. Azərb. Resp. Göyçay r-nunun eyniadlı i.ə.v.-də kənd. Şirvan düzündədir. Keçmiş adı Potubazar olmuşdur. Tədqiqatçılarıın ehtimalına görə, kəndin adı türk dillərindəki pot (bara, kəçid) və İran dillərində u (su) komponəntlərindən düzəlib, “su üstündə keçid və ya bərə” mənasındadır. Yaşayış məntəqəsi Arvan çayının sahilində, bərə yaxınlığında yerləşdiyinə görə belə adlandırılmışdır. Azərb. dilinin dialektlərində “cavan camış” potu, türk dillərində isə “dəvə balası” potuk adlanır. Kəndin keçmiş adının Potubazar olması da keçmişdə burada mal bazarı olduğunu göstərir. Yaşayış məntəqəsi həmin bazarın ərazisində salındığından belə adlandırılmışdır.
Əd.: “Azərbaycan toponimlərinin ensiklopedik lüğəti”. II cild. Bakı, “Şərq-Qərb”, 2007, s.162