Yeni məscid 1996 ildə İslam İrsinin Dirçəlişi Cəmiyyəti tərəfindən tikilib. Bu məscid köhnə məscidin ş. tərəfindədir.
Binanın ümumi sahəsi 130 kv.m-dir. İbadət zalı (8 m x 10 m) 80 kv.m-dir. Bu zalın 2 ş.-də, 2 q.-də, 2 də qiblə divarında olmaqla 6 pəncərəsi və zala daxil olmaq üçün 2 giriş qapısı vardır. Qapılar binanın şm. hissəsindədir. Məscidin giriş qapısının önündə 2,30 m enində tac şəkilli sütunlarla bağlanmış məscid boyu uzanan eyvan vardır. Məscidin damı ağ dəmir örtüklə örtülmüş, minarəsi damın üzərində 2 m hün.-də dördguşəli, aşağısı dəyirmi, yuxarısı sivri formadadır. Məscidin inşasında yerli inşaat materiallarından istifadə olunmuşdur.
Mənbə: İ.Musayev. “Göyçay rayonundakı dini abidələr və tarixi şəxsiyyətlər”, Bakı, İpəkyolu, 2014, s. 70.