oyk., mür. Azərb. Resp. Göyçay r-nunun Yeniarx i.ə.v.-də kənd. Şirvan düzündədir. Yaşayış məntəqəsi müskürlü tayfasının müəyyən hissəsinin Qəbələ qalası (Qəbələ r-nu) xarabalıqları ətrafında yaşaması nəticəsində yaranıb. Oykonim “Qəbələ yaxınlığında Müskürlü kəndi” mənasındadır. R-nun ərazisində Müskürlü adlı başqa bir yaşayış məntəqəsi də mövcuddur.
Mənbə: “Azərbaycan toponimlərinin ensiklopedik lüğəti”. 2 cild, Bakı, “Şərq-Qərb”, 2007, s. 49.