
XIX əsrin son rübündə Azərbaycanda kəndli hərəkatının ən geniş yayılmış forması qaçaq hərəkatı idi. Azərbaycanda milli müstəmləkə zülmünə qarşı mübarizədə qaçaq hərəkatının böyük əhəmiyyəti olmuşdu.
Qaçaq hərəkatı Göyçay qəzasını da bürümüşdü. Bu hərəkatın Məşhur nümayəndələrindən biri olan Qaçaq Zahid bu ərazilərdə mübarizə aparmışdır. XIX əsrin 70-80 illərində mülkədar malikanələrinin yandrılması Göyçay qəzasında da kütləvi hal almışdır.
Əd.: Tapdıqoğlu Nazim. “Zərdab ensiklopediyası”. Bakı, “Gənclik ”, 2009, s.82