XIX əsrin son rübündə Azərb.-da kəndli hərəkatının ən geniş yayılmış forması qaçaq hərəkatı idi. Azərb.-da milli müstəmləkə zülmünə qarşı mübarizədə qaçaq hərəkatının böyük əhəmiyyəti olmuşdu.
Qaçaq hərəkatı Göyçay qəz.-nı da bürümüşdü. Bu hərəkatın məşhur nümayəndələrindən biri olan Qaçaq Zahid bu ərazilərdə mübarizə aparmışdır. XIX əsrin 70-80 illərində mülkədar malikanələrinin yandırılması Göyçay qəz.-da da kütləvi hal almışdır.
Mənbə: N.Tapdıqoğlu. “Zərdab ensiklopediyası”. Bakı, “Gənclik ”, 2009, s. 82.