Qafarov İlqar Saab oğlu (22.7.1978, Göyçay r-nu, Bığır k.) – hərbi təyyarəçi, general-mayor.
1984-94 illərdə Göyçay r-nu Bığır kəndinin 1 nömrəli Əli Əfəndi adına tam orta məktəbində təhsil alıb. 1994 ildə Türkiyə Resp.-nın Ali Hərbi Təyyarəçilik Məktəbinə daxil olub və 1998 ildə təyyarəçi və Endüstrü mühəndisi ixtisası üzrə bitirib.
Macarıstan Resp.-nın Budapeşt ş.-də, Amerika Birləşmiş Ştatlarının San-Antonio və Vaşinqton ş.-rində və Türkiyə Resp.-da təkmilləşdirmə kurslarında iştirak edib.
Amerika Birləşmiş Ştatları Alabama Ştatının Montqomeri ş.-də Komanda Qərargah Akademiyasında, Türkiyə Resp.-nın İstanbul ş.-də Yüksək İdarəetmə və Nəzarətin Təşkili Akademiyasında, Amerika Birləşmiş Ştatlarının Vaşinqton ş.-də Milli Təhlükəsizlik və Resursların Təminatı Strategiyası Akademiyasında magistr təhsili alıb.
Pakistan İslam Resp., Estoniya Resp, İtaliya Resp., Türkiyə Resp. və Bəhreyn Krallığında konfranslarda iştirak edib.
1998 ilin sentyabr ayından 1999 ilin fevral ayına qədər Türkiyə Resp.-da təyyarəçi ixtisası üzrə təcrübə keçib.
1999 ilin fevral ayından N saylı hərbi hissədə təyyarəçi, baş təyyarəçi, manqa komandiri, eskadrilya komandirinin müavini-şturman, eskadrilyanın qərargah rəisi-eskadrilya komandirinin müavini, eskadrilya komandiri, hərbi hissənin qərargah rəisi-hərbi hissə komandirinin müavini, hərbi hissənin komandiri vəzifələrində hərbi xidmətdə olub. 2019 ildən Hərbi Hava Qüvvələrinin aviasiya rəisinin şturman hazırlığı üzrə köməkçisi – Hərbi Hava Qüvvələrinin baş şturmanı vəzifələrində xidmət edib.
2022 ildən Hərbi Hava Qüvvələrinin Əməliyyat və Döyüş Hazırlığı İdarəsinin rəisi vəzifəsində xidmət edir.
25.6.2023 ildə Azərb. Resp.-nın Prezidentinin 3947 nömrəli Sərəncamı ilə polkovnik İlqar Qafarova general-mayor ali rütbəsi verilib.
“Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 10 illiyi (1991-2001) yubiley” medalı, “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medal, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi yubiley” medalı, “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medal, “Qüsursuz xidmətə görə” 2-ci dərəcəli medal, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi yubiley medalı, “Qüsursuz xidmətə görə” 1-ci dərəcəli medal, “Hərbi xidmətdə fərqlənməyə görə” 2-ci dərəcəli medal, “Azərbaycan Ordusunun 100 illiyi yubiley medalı, “Azərbaycan Respublikası Silahlı Qüvvələri Veteranı” medalı, “Suqovuşanın azad olunmasına görə” medalı, “Kəlbəcərin azad olunmasına görə” medalı, “Vətən müharibəsi iştirakçısı” medalı və “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilmişdir.
Məlumat A.Məmməddən alınıb.