(1921, Göyçay qəz. Potu k. – 19.2.1996 Göyçay r-nu) – Böyük Vətən müharibəsi iştirakçısı
Orta təhsilini əla qiymətlərlə bitirərək, Göyçay r-n Pedaqoji Texnikumuna daxil olub. Texnikumu bitirdikdən sonra, 1940-41 illərdə İsmayıllı r-nunun Leninqrad natamam orta məktəbində müəllim kimi fəaliyyətə başlayıb. ll Dünya Müharibəsinin başlaması ilə 1941 ildə Qızıl Ordu sıralarına çağrılıb. 1941-1943-cü illərdə Ukraynada və Stalinqradda gedən döyüşlərdə iştirak edib, ağır yaralanıb, l qrup əlil olaraq ordu sıralarından təxris olunub. Döyüşdə göstərdiyi şücaət və qəhrəmanlığa görə orden və medallarla təltif olunub.
1944-49 illərdə Potu k. Kənd Sovetinin katibi vəzifəsində çalışıb. 1949 ildən Göyçay r-nunun Üngütlü, Mallı-Şıxlı, Qızılağac k.-lərində kolxoz sədri və digər vəzifələrdə işləyib. 1960 ildən Potu k. Kalinin adına kolxozun sədri vəzifəsində çalışıb. Azərb. SSRİ-nin Ali Soveti tərəfindən Respub. İqtisadiyyatının və Mədəniyyətinin inkişaf etdirilməsindəki xidmətlərinə görə 1964 il 29 iyun tarixində Fəxri Fərmanla təltif olunub. Həmçinin r. əhalisinə kino xidməti işinin təşkilində göstərdiyi xidmətlərə görə Azərb. Nazirlər Sovetinin Dövlət Kinematoqrafiya komitəsi və Mədəniyyət işçiləri həmkarlar İttifaqının Respub. Komitəsi tərəfindən 16.9.1964 il tarixində Fəxri Fərmanla təltif edilmişdir.
Həmin dövrdə Azərb. Kommunist Partiyasının I katibi olan Heydər Əliyev 1972 ildə Göyçay r-nuna səfəri zamanı Kalinin kolxozunda aparılan təsərrüfat işlərinə yüksək qiymət vermişdir.
P.Qafarov Potu kolxozunda bir sıra ədiblərin xatirəsinin əbədiləşdirilməsində də fəal iştirak edib. 1975 ildə səhhəti ilə əlaqədar tutduğu vəzifədən istefa verib.
Məlumat ailəsindən alınıb.