oyk., mür. Azərb. Resp. Göyçay r-nunun Şəhadət i.ə.v.-də kənd. Şirvan düzündədir. Əsli Kürd-Qarabağlar olmuşdur. XIX əsrin ortalarında Gəncə qəzasında yaşamış qarabağlar tayfasından on bir ailənin Göyçay qəzasına gələrək məskunlaşması nəticəsində yaranmışdır.
Əd.: Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu.2 cild, Bakı, “Şərq-qərb”, 2007, s.18