XX əsrin əvvəllərinə aid tarixi memarlıq abidəsi. 1908 ildə inşa edilib. Məscid 1927 ildə bağlanmış, 1944 ilin aprel ayında Zaqafqaziya Müsəlmanları Dini İdarəsi yenidən yaradıldıqdan sonra fəaliyyəti bərpa edilmişdir, sonra təsərrüfat məqsədləri üçün istifadə edilmiş, müstəqilliyin ilk illərində bərpasına bir sıra cəhdlər edilmişdir. Nəhayət, 2017 ildə iş adamı Elxan Yaqubovun şəxsi təşəbbüsü və maliyyə dəstəyi ilə yenidən tikilib dindarların istifadəsinə verilmişdir. Məscid Şirvan memarlıq xüsusiyyətlərini özündə etiva etməklə, 266 kv.m ibadət zalından ibarət olmaqla ikimərtəbəlidir. Minarəsinin hündürlüyü 32 m, geniş həyətə və 300 kv.m mərasim zalına malikdir.
Mənbə: https://www.qafqazislam.com