oyk., sadə. Azərb. Resp. Göyçay r-nunun Qaraməryəm i.ə.v.-də kənd. Bozdağ silsiləsinin ətəyindədir. Digər keçmiş adı Qurdkəndi olmuşdur. Türkdilli qurd tayfasının adındandır. Kənd bu tayfaya mənsub ailələrin Qarayazı adlı yerdə məskunlaşması nəticəsində yaranmışdır.
Mənbə: “Azərbaycan toponimlərinin ensiklopedik lüğəti”. 2 cild, Bakı, “Şərq-Qərb”, 2007, s. 38.