
Qarayazı k-də dini abidə olaraq yeni inşa edilmiş böyük bir məscid vardır. Kənd sakini 72 yaşlı E.Əmirovun dediklərinə görə bu məscidin yerində XIX əsrdə tikilmiş məscid vardır. Məscid yararsız vəziyyətə düşdüyünə görə həmin məscid söküldü və 1990 ildə həmin yerdə kənd camaatının topladığı vəsait hesabına yeni məscid tikildi.
Bina düzbucaqlı formaya malik olub, ümumi sahəsi 325 kv.m-dir. İbadət zalı (25 m x 8 m) 200 kv.m-dir. Bu zalın işıqlı olması üçün 6 pəncərəsi və zala daxil olmaq üçün 2 giriş qapısı vardır. Qapı və pəncərələr qiblə tərəfdəndir. Məscidin tavanı taxta, döşəməsi isə torpaqdır. Məscidin tavanı 6 dəmir dirək üzərində dayaq tutmuşdur.İbadət zalına giriş qapısı önündə 5 m enində məscid boyu uzanan, 8 dəmir boru üzərində dayaq tutmuş açıq şəkilli eyvan vardır. Məscidin inşasında yerli inşaat materiallarından istifadə olunub, damı şifer örtüklə örtülmüş, minarəsi damın üzərində 2 m hün.-dədir.
Mənbə: İ.Musayev. “Göyçay rayonundaki dini abidələr və tarixi şəxsiyyətlər”, Bakı, İpəkyolu, 2014, s. 74-75