(8.12.1963, Göyçay ş.) – riyaziyyat ü.f.d.
BDU-nu bitirib (1985). Elmi fəaliyyəti dövründə Banax fəzasında sonsuz defektə malik sistemin bazisliyi üçün kriteriya vermiş və kafi şərtlər tapmışdır. Multiplikator dilində həyəcanlanmış eksponent sistemə və sinus, kosinus sistemlərinə nəzərən “1/4-Kadets” teoreminin Lp-analoqunu tapmışdır. Sinus-kosinus tipli sistemlərin çəkili Lebeq fəzalarında bazislik xassələri arasında əlaqələr vermişdir. Hazırda AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda çalışır.
Mənbə: https://science.gov.az