(1932 il, Göyçay qəz.-nın Alxasava k.) – pəhləvan, Azəb. çempionu
Özünün və yaşıdlarının dediklərinə görə, Beykəs gənc yaşlarında fiziki gücü ilə yaşıdlarından fərqlənir, yeniyetmə yaşlarından yaşadığı bölgədə pəhləvan kimi tanınmağa başlamışdır. 17 yaşı olarkən onu Göyçay idman klubuna dəvət edirlər. Göyçay idman klubunun sədri Hətəm Abuşalamovun rəhbərliyi ilə bir həftəlik təlim-məşq toplantısında iştirak etdikdən sonra 1950 illərdə Xankəndidə keçirilən Azərb. çempionatında Göyçay komandasının tərkibində çıxış edir və öz çəki dərəcəsində birinci yeri qazanır. Beləliklə onun idman həyatı başlayır. O, sonrakı illərdə də Bakıda və Sabirabadda keçirilən Azərb. çempionatlarında iştirak edib və hər ikisində qalib olaraq birinci yerə layiq görülüb. Özünün dediklərinə görə, Göyçaydan olan Çingiz pəhləvan və Eldar pəhləvanla bir neçə yarışlarda iştirak etmişdir.
1950 illərdə “Dinamo” cəmiyyətinin xətti ilə Rostov və Saratov ş.-lərində ağırlıq qaldırma üzrə keçirilən SSRİ çempionatlarında iştirak edərək uğurlu nəticələr əldə etmişdir. Ağırlıq qaldırma idman növü sahəsində əldə etdiyi uğurlara görə Bakı ş.-nə “Dinamo” cəmiyyətinə dəfələrlə dəvət olunsa da, ailə vəziyyətinə görə dəvəti qəbul edə bilmir. Buna baxmayaraq o, Göyçay və ətraf r.-larda ənənəvi pəhləvan oyunları ilə məşğul olur, bununla yanaşı Alxasava k. məktəbində əmək təlimi müəllimi işləyir. 1954 ildə ailə həyatı qurur, 1997 ildə isə Həcc ziyarətinə gedir.
Kənddə xeyriyyəçilik işləri ilə məşğul olur. Ən böyük xeyriyyəçilik işlərindən biri kənddə məscidin tikilməsinə rəhbərlik etməsi olmuşdur. Həcc ziyarətinə gedib gəldikdən sonra oradakı təəssüratını yazdığı bir yazıda bunları əks etdirib.
Məlumat ailəsindən alınıb.