(İlqar Əhmədoğlu) (1.7.1956, Göyçay r-nunun Mallı-Şıxlı k.) – yazıçı-publisist, AYB-nin üzvü (2010), Azərb. Jurnalistlər Birliyinin üzvü (1978), ehtiyatda olan DTX polkovniki.
ADU-nun (indiki BDU) Filologiya fakültəsinin axşam şöbəsini bitirib (1980). 1977-91 illərdə “Yazıçı” nəşriyyatında redaktor vəzifəsində işləmiş, 1987 ildə keçmiş Almaniya Demokratik Respublkasında xidməti ezamiyyətdə olmuşdur. 30-dan çox kitabın nəşriyyat redaktorudur. Daha sonra Ukraynanın Lvov ş.-də Poliqrafiya institutunda təhsil alıb. 1987 ildə Moskva ş.-də ali zabitlər kursunu bitirib. Quliyev 1991-92 illərdə Azərb. Bədii-tərcümə və ədəbi əlaqələr Mərkəzində sədr müavini işləmişdir. O, 1992-2016 illərdə Dövlət təhlükəsizlik orqanlarında xidmət etmişdir. Azərb. sərhədləri milliləşən zaman Quliyev həmin proseslərin iştirakçısı olmuş, hərbi jurnalist kimi onlarla məqalə, reportajlar, sərhədlə bağlı və sərhədçilərin həyatından bəhs edən bədii, publisistik yazılar qələmə almışdır. Xidmət etdiyi dövrdə fəxri fərman və medallarla təltif olunmuşdur.
Povest və hekayələrdən ibarət “Ay işığı” adlı ilk kitabı 1987 ildə nəşr edilmişdir. “İtirilmiş sevgi”, “İstiqlalın sabahına doğru”, “Odlu ürəyin döyüntüləri” adlı kitabların müəllifidir. AYB və DSX-nın birgə keçirdiyi müsabiqədə Quliyevin “Komandir qətiyyəti” adlı yazısı mükafata layiq görülmüşdür. Anar, İ.Şıxlı, X.Rza Ulutürk, M.Qocayev, Ə.Yusifoğlu haqqında qələmə aldığı yazıları mütəxəssislər və oxucular tərəfindən rəğbətlə qarşılanmışdır. Kitabları və mətbuatdakı yazıları İ.Əhmədoğlu imzası ilə nəşr olunur.
Məlumat A.Məmməd tərəfindən alınmışdır.