(9.2.1936, Göyçay r.-2.10.2001, Bakı s.) – bəstəkar, Əməkdar incə sənət xadimi (1992).
Bakı Musiqi Texnikumunu tar sinfi üzrə bitirmişdir (1958). ADK-da bəstəkar lıq fakültəsində (Q.Qarayevin sinfi) təhsil almışdır (1958-63). 1 opera (“Al dan mış ulduzlar”), 7 simfoniya, “Simfoniya-rekviyem”, “Rekviyem” əsərinin, kamera instrumental əsərlərin (“Muğam sayağı”), “Şəbi-hicran” vokal poemasının, “Üç portret” vokal silsiləsinin, fortepiano və b. əsərlərin müəllifidir. Musiqi tarixinə özünəməxsus dəst-xətti olan, istedadlı simfoniya ustası kimi daxil olmuşdur. M.Quliyevin musiqi dili milliliyi, yüksək professionallığı, müasir yazı texnikası, müraciət etdiyi mövzuların əhəmiyyəti və genişliyi, yaşadığı təzadlı dövrün dramatik və əzəmətli təcəssümü ilə seçilir.
O, yaradıcılığında aşıq musiqisinə də böyük önəm vermişdir. IV simfoniyasına (“Muğam”), “Yanıq Kərəmi” aşıq havasını (o cümlədən, “Şalaxo” rəqs havasını) daxil etmiş, bununla da musiqinin ümumi-dramaturji inkişaf xəttində kontrastlılığı və janrvarı baş lanğıcı gücləndirmişdir.
Azərbaycan milli simfonizminin ən gözəl səhifə lərindən biri hesab olunan V simfoniyanın II hissəsində də bəstəkar aşıq intonasiyaları və rəqs melodiyalarının (“Tərəkəmə”) ritmik xüsusiyyətlərindən istifadə etmişdir. F.Qocanın sözlərinə “Dədə Qorqud diyarı” adlı bir hissəli kantatasını (xor və orkestr üçün), “Aşıqsayağı” əsərini, saz və orkestr üçün yazılmış “7 Azərbaycan xalq mahnısı”nı (“Süsən sünbül”, “Yaxan düymələ”, “Dəli ceyran” və b.) bəstələmişdir.
Əd.: “Ozan-aşıq ensiklopediyası”. (2 cilddə), Aşıqlar Birliyi, “Gənclik” nəşriyyatı, II cild, Bakı, 2020, s. 66