(29.9.1976, Göyçay ş.) – jurnalist, “Tərəqqi” medalı laureatı (2020).
Təhsilə 3 saylı Göyçay ş. məktəbində başlayıb. 1993 ildə Bakı ş. 43 saylı məktəb-lisey kompleksini bitirib. Ali təhsilini Azərb. Resp.-nın Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında alıb. Politologiya üzrə magistr dərəcəsinə malikdir. 1993 ildən jurnalist fəaliyyətinə başlayıb. «Ayna-Zerkalo», «New Baku post», «Каспiй» qəzetlərində redaktor, müxtəlif TV layihələrdə müəllif və aparıcı, «ASAN Radio»da redaktor kimi vəzifələrdə çalışıb, xarici KİV-lərlə uzun müddət əməkdaşlıq edib. Avrasiya Televiziya və Radio Akademiyasının, «Humay», «Zərdabi» mükafatlarının laureatıdır.
2021 ildən Dövlət Turizm Agentliyi sədrinin müşaviridir.
Məlumat K. Quluzadədən alınıb.