(29.9.1976, Göyçay ş.) – jurnalist.
Təhsilə 3 saylı Göyçay ş. məktəbində başlayıb. 1993 ildə Bakı ş. 43 saylı məktəb-lisey kompleksini bitirib. Ali təhsilini Azərb. Resp.-nın Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında alıb. Politologiya üzrə magistr dərəcəsinə malikdir. 1993 ildən jurnalist fəaliyyətinə başlayıb. “Ayna-Zerkalo”, “New Baku post”, «Каспiй» qəzetlərində redaktor, müxtəlif TV layihələrdə müəllif və aparıcı, “ASAN Radio”da redaktor kimi vəzifələrdə çalışıb, xarici KİV-lərlə uzun müddət əməkdaşlıq edib. 2020 ildə “Tərəqqi” medalı ilə təltif edilib.Avrasiya Televiziya və Radio Akademiyasının, “Humay”, “Zərdabi” mükafatlarının laureatıdır.
2021 ildən Dövlət Turizm Agentliyi sədrinin müşaviridir.
Məlumat K.Quluzadədən alınıb.