(1790, Göyçay qəz. Məlikbalı k.–1865) – Azərbaycan şairi, aşıq.
Mədrəsə təhsili almışdır. Aşıq şeiri üslubunda şeirlər yazmışdır. S.Mümtaz “El şairləri” kitabında Məlikballı Qurbanın qoşma, müxəmməs, təcnis və s. formalı şeirlərini vermişdir. F.Qasımzadə onu həm xalq şeiri, həm də klassik üslubda yazan sənətkar kimi təhlil etmişdir. XIX əsrdə xalq şeiri üslubunda yazıb-yaradan şairlər sırasında daha çox təhlil olunur. Şeirləri “Azərbaycan aşıqları və el şairləri” kitabında və digər toplularda verilmişdir. Onun məhşur “Vücudnaməsi” aşıqlar arasında geniş yayılmışdır.
Əd.: “Ozan-aşıq ensiklopediyası”. 2 cilddə, Aşıqlar Birliyi, “Gənclik” nəşriyyatı, II cild, Bakı, 2020, s. 69