(11.8.1948, Göyçay ş.) – 3-cü dərəcəli dövlət müşaviri (2015).
Qurbanov 1966 ildə orta təhsilini, 1978 ildə BDU-nu bitirib. 1970 ilin mart ayında Kənd Təsərrüfatı Nazirliyində əmək fəaliyyətinə başlayıb. 1981–2015 illərdə Azərb. Resp. Nazirlər Kabinetində müxtəlif vəzifələrdə çalışıb. Bütövlükdə 45 illik əmək fəaliyyətinin 40 ildən artıq müddəti ərzində dövlət qulluğunda xidmət edib. 2016 ildən etibarən Azərb. Resp. Əmlak Məsələləri Dövlət Komitəsində, hazırda isə Azərb. Resp. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Kadastr və Yerquruluşu Layihə Tədqiqat Mərkəzi MMC”də çalışır.
Qurbanov əmək fəaliyyəti müddətində Azərb. Resp.-da yerquruluşu, topoqrafiya və geodeziya işlərinin aparılması, torpaq qanunvericiliyi ilə bağlı hüquqi-normativ aktların layihələrinin hazırlanması, ölkəmizdə torpaq islahatının həyata keçirilməsi, torpaq mübahisələrinin araşdırılması, o cümlədən bir sıra rayonlarda torpaq mübahisələrinin həll edilməsində fəal iştirak edib.
Qurbanov Azərb. Resp. Prezidentinin 23 iyul 2008 il tarixli Sərəncamı ilə Azərb. Resp.-da uzun müddət dövlət qulluğunda səmərəli və qüsursuz fəaliyyətinə görə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunub. 1995 ilin fevralından YAP-ın üzvüdür.
Məlumat N.Qurbanovadan alınıb.