(20.9.1972, Göyçay ş.–10.2.1993, Qazax r.) – Birinci Qarabağ müharibəsi şəhidi.
Orta məktəbdə təhsilini başa vurandan sonra 106 saylı Texniki peşə məktəbində sürücülük peşəsinə yiyələnir. 1992 ilin iyununda torpaqlarımızın müdafiəsi üçün döyüş bölgəsinə yollanır. Bir çox döyüşlərdə fəal iştirak edir. 1993 ilin fevralında Qazaxın Lələ k. ətrafında baş vermiş ağır döyüşdə qəhrəmancasına şəhid olub. Göyçay Şəhidlər xiyabanında dəfn olunub.
Mənbə: Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Göyçay rayon şöbəsi