(28.6.1975, Bakı ş.) – diplomat, Azərb. Resp.-nın Polşa Resp.-dakı fövqəladə və səlahiyyətli səfiri, siyasi elmlər ü.f.d. (2009).
Qurbanova 20 saylı orta ümumtəhsil məktəbini gümüş medal ilə bitirib (1992). 1997 ildə BDU-nun Beynəlxalq münasibətlər fakültəsini fərqlənmə ilə bitirib. 1997-99 illər ərzində Qərb Universitetində beynəlxalq menecment üzrə magistr dərəcəsi alıb. Qurbanova həmçinin 1997 ildə Nitsa Universitetində (Fransa) beynəlxalq hüquq və 1999–2000 illərdə Yönşöpinq Beynəlxalq Ticarət Məktəbində (İsveç) beynəlxalq biznes üzrə təlimlər keçib. 2009 ildə Vyana Universitetində (Avstriya) siyasi elmlər üzrə fəlsəfə doktoru dərəcəsini alıb.
Qurbanova Azərb. Resp. diplomatik xidmət orqanlarında 22 illik iş təcrübəsinə malikdir. Azərb. Resp. Prezidentinin Sərəncamına əsasən, 8 yanvar 2021 ildə Azərb. Resp.-nın Polşa Resp.-dakı fövqəladə və səlahiyyətli səfiri təyin edilib. Təyinatdan əvvəl Qurbanova 2016-20 illərdə Azərb. Resp.-nın Bolqarıstan Resp.-dakı fövqəladə və səlahiyyətli səfiri, 2014-16 illərdə Azərb. Resp. XİN-in İqtisadi Əməkdaşlıq və İnkişaf Departamentinin rəisi, 2010-13 illərdə isə Azərb. Resp.-nın ABŞ-dəki Səfirliyində səfir müavini vəzifələrində çalışıb.
Qurbanova “Azərbaycan Respublikasının Diplomatik Xidmətinin Yüzilliyi (1919–2019)” medalı (2019) və Azərb. Resp. ilə Bolqarıstan Resp. arasında ikitərəfli münasibətlərin möhkəmlənməsi və inkişafına verdiyi töhfəyə görə Bolqarıstan Resp.-nın “Birinci dərəcəli Madara Atlısı” ordeni (2021) ilə təltif edilib.
Məlumat N.Qurbanovadan alınıb.