(12.4.1948, Göyçay ş.) – müəllim, dövlət qulluqçusu, partiya işçisi, Əməkdar müəllim (2008).
Göyçay ş. 3 saylı orta məktəbi bitirərək, M.F.Axundov adına Azərbaycan Pedaqoji Dillər İnstitutuna qəbul olunub. 1971 ildə həmin institutu bitirərək, Rus dili və ədəbiyyatı, Azərbaycan dili və ədəbiyyatı müəllimi ixtisaslarına yiyələnib. 1971-84 illərdə ş. 3 saylı beynəlmiləl orta məktəbdə rus dili müəllimi işləyib. 1984-87 illərdə Göyçay r-n XDS İcraiyyə Komitəsinin sədr müavini, 1987-91 illərdə Azərb. KP Göyçay r-n komitəsinin ikinci katibi vəzifələrində fəaliyyət göstərib. 1990 ildə Ali Partiya Məktəbini qiyabi yolla bitirib. 1991 ildə Göyçay r-n XDS-nin sədr müavini, 1991-94 illərdə Göyçay r-n İcra Hakimiyyətində təlimatçı, 1994-98 illərdə Göyçay r-n İcra Hakimiyyəti başçısının humanitar məsələlər üzrə müavini vəzifələrində işləyib.
2001-18 illərdə R.Rza adına Göyçay ş. 1 saylı tam orta məktəbin direktoru olub. 2010 ildə Prezident İlham Əliyevin sərəncamı ilə direktoru olduğu şəhər 1 saylı orta məktəb “İlin ən yaxşı ümumtəhsil məktəbi” resp. müsabiqəsinin qalibi elan edilib və məktəbə 10 000 (on min) manat mükafat verilib. 2015-18 illərdə ictimai əsaslarla Göyçay r-n Qadınlar Şurasının sədri olub. 1984-90 illərdə Göyçay r-n XDS-nin deputatı olub, 2001-13 illərdə 3 dəfə Azərb. Müəllimlərinin Qurultayına nümayəndə seçilib. Səmərəli pedaqoji fəaliyyətinə görə 1982 ildə “Baş müəllim” adına layiq görülüb, 1983 ildə “SSRİ Maarif əlaçısı” döş nişanı ilə təltif edilib. 2019 ildə “AXC-nin 100 illiyi (1918-2018)” yubiley medalı ilə təltif edilib. 2001 ildən YAP-ın üzvüdür.
Məlumat A.Məmməddən alınıb.