(27.11.1956, Göyçay ş.–21.3.2017, Bakı ş.) – aktyor, Azərb. Resp. əməkdar artisti (2012).
M.Əliyev adına ADİİ-nin Dram və kino aktyorluğu fakültəsini bitirib (1979). S.Vurğun adına Dövlət Rus Dram teatrında (ADRDT) çalışıb (1978-1988). Sonradan Bakı Kamera Teatrında aktyor vəzifəsində işləyib. 2005 ildə yenidən S.Vurğun adına ADRDT-na qayıdıb. Bu illər ərzində teatr səhnəsində bir çox rollarda yer alıb. “Şahid qız” (1990), “Şirbalanın məhəbbəti” (1991), “Nə gözəldir bu dünya…” (1999), “Qız qalası” (2000).
“Sirat körpüsü” (2007), “Cavad xan” (2008), “Сi-Мi”(2008), “Kinli, xəsis, səfeh” (2008), “Yalançılar” (2008 q/m), “Daşatan” (2009, q/m), “Vəkil hanı?” (2011). “Sübhün səfiri” (2011) “Sirr” (2012-2013, b/s), “Qanlı yanvar” (2015). “Zaman adlı qatar” (2016), “Don Marleone” (2017), xarici film istehsalçılarının “Biz sizə müharibə elan edirik.” (2010, Rusiya) serialında çəkilib. “Azərbaycan Respublikasının Əməkdar Artisti” fəxri adına (2012) layiq görülüb.
Mənbə: N.Əbdülrəhmanlı. Azərbaycan kino sənəti tarixi. Dörd cilddə. IV cild (1991-2018), Bakı, 2020, s.480