(8.10.1970, Göyçay r-nunun Şəhadət k.–31.8.1992, Gədəbəy r–nu ərazisində) – Birinci Qarabağ müharibəsi şəhidi.
İlk hərbi xidmətini Rusiya Federasiyasının Primorsk vilayətində – quru qoşunları hissəsində keçirmiş, mexanik-pulemyotçu olmuşdur. Oqtay 1992 ilin iyulunda milli ordumuza – torpaqlarımız uğrunda döyüşə çağırılıb. O, Başkənd döyüşündə fəal iştirak edib. Mutudərə – Hörükdaş uğrunda ermənilərə qarşı ağır döyüşlərdə şücaət göstərib. O, elə bu döyüşdə qəhrəmancasına şəhid olur. 4 oktyabr 1992 ildə Göyçay Şəhidlər Xiyabanında dəfn olunub. Rayon sovetinin qərarı ilə təhsil aldığı məktəbə Oqtay Rəhimovun adı verilib.
Mənbə: Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Göyçay rayon şöbəsi