(15.5.1931 Göyçay r-nunun Mırtı k.-14.2.2006, Göyçay r-nunun Yeniarx k.) – Əmək veteranı (1986)
Sadə kəndli ailəsində anadan olub. Mırtı k. orta məktəbini bitirib. 1949-51 ildə Nuxa ş.(indiki Şəki ş.) Müəllimlər texnikumunda təhsil alıb. Təhsilini bitirdikdən sonra Göyçay r-nunun Bığır k.-də riyaziyyat müəllimi kimi əmək fəaliyyətinə başlayıb. 1953-55 illərdə hərbi xidmətdə olub, 1955 ildə baş leytenant rütbəsi ilə ehtiyata buraxılıb.
1955 ildən Göyçay r-nunun Yeniarx k. Tam orta məktəbində çalışmağa başlayıb. 1957-62 illərdə əmək fəaliyyəti ilə yanaşı, APİ də qiyabi təhsil alaraq ali təhsilə yiyələnmişdir. Yeniarx k. Tam orta məktəbində çalışarkən öz nizam-intizamı ilə seçilib. Əvvəlcə tədris hissə üzrə direktor müavini, 1969-81 illərdə direktor vəzifəsində çalışıb. Direktor işlədiyi müddətdə yeni məktəb binasının tikilməsinə və məktəbin oraya köçürülməsinə nail olmuşdur. 1986 ildə Əmək veteranı medalı ilə təltif olunub.
1955-2005 illər ərzində Yeniarx k. orta məktəbində çalışıb.
Məlumat X.Rəhimovun oğlundan alınmışdır.