(1955, Göyçay r-nunun Mırtı k.–22.4.1987, Bakı ş.) – hidroloq, texnika e.n. (1987).
Azərb. İnşaat mühəndisləri İnstitutunu (indiki Memarlıq və İnşaat Universiteti) mühəndis-hidrotexnik ixtisası üzrə bitirib (1977). Əmək fəaliyyətinə Azərb Elmi-Tədqiqat Hidrotexnika və Meliorasiya İnstitutunun (AzETH və Mİ) “Yuma və drenaj” şöbəsində kiçik elmi işçi kimi başlayıb, sonra bir müddət Şirvan Dayaq məntəqəsinin müdiri işləyib. 1979-83 illərdə AzETH və Mİ-nun aspiranturasında qiyabi təhsil alıb, apardığı elmi-tədqiqat işləri əsasında hazırladığı “Şirvan düzündə mövcud horizontal drenajın müasir vəziyyəti, onun meliorativ və istismar effektliyinin artırılması yolları” mövzusunda dissertasiya işini AzETH və Mİ-da fəaliyyət göstərən İxtisaslaşmış şurada müdafiə edərək texnika e.n. elmi dərəcəsi alıb. Onun apardığı elmi-tədqiqat işlərinin nəticələrinə əsasən drenaj işinin effektivliyi və etibarlılığı yeni yanaşma tərzi ilə qiymətləndirilib.
Mənbə: V.Abdullayev, R.Quliyev. Çinarlı yurdun övladları (əlyazması hüququnda). s.24