(13.5.1973, Göyçay r-nunun Müskürlü k. – 14.2.1994, Kəlbəcər r-nu) – Birinci Qarabağ müharibəsində itkin düşüb.
Orta məktəbi bitirdikdən sonra telemexanik ixtisasına yiyələnmək üçün Bakı ş.-də texnikuma daxil olub. Lakin təhsilini yarımçıq qoyaraq 1991 ildə ilk hərbi xidmətini keçmək üçün RF Tambov vilayətinin Marşalsk ş.-nə yola düşüb. Burada 10 ay hərbi xidmət keçəndən sonra Vətənə qayıdaraq 1992 ildə bu dəfə torpaqlarımızın erməni işğalından azad olunması üçün döyüşlərə yollanıb. Hərbi xidmətini topçu kimi Qazax r-nunda keçib. Həqiqi hərbi xidmətini bitirəndən sonra 1994 ildə könüllü olaraq Murovdağ uğrunda gedən döyüşlərə qatılıb. Həmin ilin fevralında ağır döyüşlərin birində itkin düşüb. Göyçay r-n məhkəməsinin 2007 il tarixli qətnaməsinə əsasən ona şəhid statusu verilib.
Mənbə: Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Göyçay rayon şöbəsi.