(1.1.1974, Göyçay r-nunun Kürdşaban k. – 24.1.1994, Kəlbəcər r-nu) – Birinci Qarabağ müharibəsi şəhidi.
Kürdşaban k. orta məktəbində təhsil alıb. Təhsilini bitirdikdən sonra bir müddət əmək fəaliyyəti ilə məşğul olub. 1994 ilin yanvarında Milli Orduya çağırılıb. Milli Ordunun tərkibində vətənin müdafiəsi üçün cəbhəyə yollanıb. Murovdağ ətrafında gedən döyüşlərdə fəal iştirak edib. 1994 il yanvarın 24-də Murovdağ ətrafında gedən ağır döyüşlərin birində şəhid olub. Doğulduğu k.-də dəfn olunub.
Mənbə: Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Göyçay rayon şöbəsi.