R.Rza adına Mədəniyyət Mərkəzinin hazırda yerləşdiyi 1200 kv.m sahəsi olan ikimərtəbəli bina 1964 ildə xüsusi layihə əsasında tikilərək istifadəyə verilmişdir. Binada 400 yerlik tamaşaçı zalı, foye, qrim otağı və 12 dərnək otağı yerləşir. Mərkəzə 1982 ildə R.Rzanın adı verilmişdir.
Hazırda Mədəniyyət Mərkəzinin tabeliyində 9 kənd mədəniyyət evi və 18 kənd klubtipli müəssisə fəaliyyət göstərir. Mədəniyyət evi və klublarda 76 mədəniyyət və incəsənət işçisi çalışır.
Mənbə: https://kataloq.gomap.az/