(28.9.1949, Göyçay ş.) – iqtisad elmləri doktoru (2010), professor (2014).
1949 il sentyabrın 28-də Göyçay ş. anadan olub. 1967 ildə Bakıdakı 189 saylı məktəbi bitirib indiki, Bakı Dövlət Universitetinə daxil olub. 1973 ildə həmin təhsil müəssisəsini tarix və cəmiyyətşünaslıq ixtisası üzrə bitirib. 1973-78 illərdə Moskva Dövlət Universitetinin iqtisadiyyat fakultəsinin aspirantı olub. 1978 ildən BDU-nin iqtisadi nəzəriyyə, 1998 ildən isə beynəlxalq iqtisadi əlaqələr kafedrasının dosenti olub. 2010 ildə “Milli iqtisadi mənafelər: ilkin şərtlər, məqsədlər və nail olma vəsaitləri“ mövzusunda doktorluq dissertasiyasını müdafiə edib. 2014 ildə professor elmi dərəcəsi alıb. Hazırda BDU Dünya iqtisadiyyatı kafedrasının müdiridir.
Mənbə: V.Abdullayev, R.Quliyev. Çinarlı yurdun övladları (əlyazması hüququnda), s.13-14