(18.6.1971, Göyçay ş.–27.3.1993, Kəlbəcər r–nu ərazisində) – Birinci Qarabağ müharibəsi şəhidi.
Orta məktəbi bitirərək 1986 ildə isə Göyçay Kənd Təsərrüfatının mexanikləşdirilməsi və elektrikləşdirilməsi texnikumuna (indiki Göyçay Dövlət İdarəetmə və texnologiya kolleci) daxil olub. İlk hərbi xidmətini Rusiya Federasiyasının Leninqrad (İndiki Sankt-Peterburq) ş.-də keçib. Sonra raport yazaraq erməni işğalçılarına qarşı vuruşmaq üçün vətənə qayıdıb. 1993 ilin martında Kəlbəcər-Laçın istiqamətində gedən ağır döyüşlərin birində qəhrəmancasına şəhid olub. Mart ayının 31-də isə r.-nun Şəhidlər xiyabanında dəfn olunub.
Mənbə: Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Göyçay rayon şöbəsi