(13.5.1939, Göyçay r-nunun Bığır k. – 1.9.2010, Bakı ş.) – həkim, tibb ü.f.d.
1946-56 illərdə Göyçay ş. orta məktəbdə təhsil alıb və məktəbi qızıl medalla bitirib. Həmin ildə Azərb. Dövlət Tibb İnstitutuna Müalicə işi fakültəsinə daxil olub. Həmin institutu fərqlənmə diplomu ilə bitirib və “Ümumi Cərrahiyə” kafedrasında assistent kimi fəaliyyətə başlayıb. İşlədiyi müddətdə “Tibb elmləri namizədi” dərəcəsinə yiyələnib və dosent vəzifəsində çalışıb. V.Rüstəmov 43 il “Semaşko” adına Təcili Tibbi yardım xəstəxanasında işləyib. Çoxsaylı tibbi nəşrlərin və məqalələrin müəllifi olub.
Məlumat ailəsindən alınıb.