(4.2.1949, Göyçay r-nunun Alpout k – 12.5.2018, Gəncə ş.) – texniki e.d. (1992).
Ziyalı ailəsində anadan olub. 1956 ildə Alpout k. məktəbində 1-ci sinfə gedib. Bir müddət orada oxuduqdan sonra 1967 ildən təhsilini Sumqayıt ş. 4 saylı Fəhlə gənclər orta məktəbində davam etdirib, oranın tam kursunu əla qiymətlərlə bitirib. 1967 ildə AzPİ-yə daxil olmuş, 1972 ildə İstilik və qaz təchizatı utilizasiyası fakültəsini bitirmişdir.
Sonradan Gəncə Dövlət Texnologiya İnstitutunda kafedra müdiri və dekan müavini vəzifəsində işləməyə başlayıb. Bu institutda işlədiyi müddətdə 21 ixtiranın və bir neçə elmi kitabın müəllifi olub. 1987 ildə texniki e.n. adına layiq görülüb. 1992 il avqustun 10-da Moskva ş.-nə gedərək Kosıgin adına İnstitutda doktorluq dissertasiyasını müdafiə edib, həmin ildə e.d. adına layiq görülüb.
Məlumat A.Rzayevin həyat yoldaşından alınıb.