(9.6.1964, Bakı ş.) – İctimai xadim, yazıçı-jurnalist, rəssam, Fövqəladə və Səlahiyyətli Səfir, AYB-nin, AJB-nin, Azərb. Rəssamlar İttifaqının üzvü.
1981 ildə Bakı ş. 7 saylı orta məktəbi bitirərək ADU-nun (indiki BDU) Şərqşünaslıq fakültəsinin ərəb filologiyası şöbəsinə daxil olub, 1987 ildə fərqlənmə diploma ilə məzun olub. 1984-85 illərdə SSRİ Müdafiə Nazirliyinin xətti ilə Liviya Ərəb Xalq Cəmahiriyyəsində ərəb dili tərcüməçisi vəzifəsində işləyib.1987 ilin avqust-dekabr aylarında Azərb. SSR EA-nın Tarix İnstitutunda başlaborant işləyib.
1988-89 illərdə SSRİ Texniki Peşə Nazirliyinin xətti ilə SSRİ-nin Suriya Ərəb Resp.-dakı Səfirliyinin İqtisadiyyat müşaviri aparatında tərcüməçi işləyib.1990-91 illərdə Azərb. Mədəniyyət Fondunun Xarici əlaqələr şöbəsinin müdiri vəzifəsində işləyib.1991-98 illərdə Azərb. Resp.XİN-də attaşe, ikinci katib, birinci katib, operativ informasiya şöbəsinin müdiri vəzifələrində çalışıb.
1994 ildə Misir Ərəb Resp.-nın paytaxtı Qahirə ş.-də Ali Diplomatik Akademiyasının xüsusi hazırlıq kurslarını fərqlənmə diplomu ilə bitirib.1994-97 illərdə Azərb. Resp.-nın Türkiyə Resp.-dakı Səfirliyində birinci katib vəzifəsində işləyib.1997-98 illərdə AR XİN İnformasiya İdarəsinin operativ informasiya şöbəsinin müdiri vəzifəsində işləyib.1998–2005 illərdə Azərb. Resp.-nın Dövlət Teleqraf Agentliyinin (AZƏRTAC) Türkiyədəki və eyni zamanda Yaxın Şərq ölkələri üzrə xüsusi müxbiri vəzifəsində işləyib. Bununla yanaşı AZƏRTAC-ın rəhbərliyi ilə razılaşdırılmış şəkildə 2000-2005 illərdə ABŞ-ın “Radio Free Europe/Radio Liberty”-nin rus dilində verilişlər redaksiyasının Türkiyədə xüsusi müxbiri və Türkiyənin “Ortadoğu” qəzetinin siyasi şərhçisi olub. 2005 ildə Türkiyənin nüfuzlu Mərmərə Beynəlxalq Strateji Araşdırmalar Fondu tərəfindən “İlin Jurnalisti” mükafatına layiq görülüb. Türkiyənin TRT-Radio ve Televiziya qurumu T.Rzayev haqqında sənədli film çəkmiş, bu filmi ingilis və alman dillərində tərcümə olunaraq 30-dan artıq xarici ölkədə yayımlanıb.
2005-06 illərdə Azərb. Resp.-nın Türkiyə Resp.-dakı Səfirliyinin müşaviri vəzifəsində işləyib. 2006-09 illərdə Azərb. Resp.-nın Rumıniyadakı Səfirliyinin müşaviri vəzifəsində işləyib. 2009-10 illərdə Azərb. Resp. XİN-nin İkinci (Şərq) Ərazi İdarəsinin rəis müavini vəzifəsində işləyib. 2010 il Azərb. Resp. Prezidentinin 26 iyun tarixli Sərəncamı ilə Fövqəladə və Səlahiyyətli Səfir diplomatik ranqı verilib. 2010-15 illərdə Azərb. Resp.-nın Küveyt Dövlətində Fövqəladə və Səlahiyyətli Səfiri vəzifəsində işləyib. Azərb. Resp.-nın Misir Ərəb Resp.-da Fövqəladə və Səlahiyyətli Səfiri vəzifəsində işləyib. Eyni zamanda Sudan Respublikasında səfir və Ərəb Dövlətləri liqasında müşahidəçi vəzifələrində işləyib.
2019 ildə III dərəcəli “Vətənə xidmətə görə” ordeni və ARXİN 100 illiyi medalı ilə təltif olunub.
2022 ildən Azərb. Resp.-nın Əlcəzair Xalq Demokratik Resp.-da Fövqəladə və Səlahiyyətli Səfiridir.
“Tənha mələk”, “Evləri köndələn yar, evləri göydələn yar”, “Yad Planetli” bədii kitablarının, 50-dən çox rəsm əsərinin müəllifidir. Küveyt, Misir, Azərb.-da rəsm əsərlərindən ibarət fərdi sərgiləri keçirilib.
Məlumat T.Rzayevdən alınıb.