oyk., sadə. Göyçay r-nunun eyniadlı i.ə.v.-də kənd. Şirvan düzündədir. Oykonimin Şəhadət şəxs adı ilə bağlılığı güman edilir. Şəhadət eyni zamanda ər. “şahidlik” və ya “şəhidlik” mənasındadır.
Əd.: “Azərbaycan toponimlərinin ensiklopedik lüğəti”. 2 cild, Bakı, “Şərq-Qərb”, 2007, s.210