(Yəhyazadə). (21.3.1902, Göyçay qəz.-nin Qaraxıdır k.–2.1.1944, Ukrayna SSR, Zaparojye vilayəti) –pedaqoq.
Şəki seminariyasını (1920) və AP Riyaziyyat fakültəsini bitirib (1924). Daha sonra Göyçay qəz.-nın Məlikkənd, Alput, Bığır, Qaraxıdır k.-də pedaqoji fəaliyyət göstərib. 1933-42 illərdə Qaraxıdır k. məktəbində direktor vəzifəsində çalışıb. Böyük Vətən müharibəsinin ilk illərindən – 1942 ilin martında cəbhəyə yola düşüb. 416-cı Taqanroq diviziyasının tərkibində Şimali Qafqazdan Ukraynanın Şərq ərazilərinə qədər döyüş yolu keçib. Ölümündən sonra bir sıra orden və medallarla təltif edilib.
Mənbə: 1. Ukrayna SSR.Zaparoje vilayəti. ЦАПО. Фонд 58.
2. Rusiya Federasiyası. Mərkəzi hərbi arxiv. Moskva (Podolski) İnformasiya mənbəyi fondu 18002. İş.41