(1909, Qaryagin qəz. Qoçəhmədli k. – 1991, Bakı ş.) – partiya və dövlət xadimi, Sosialist Əməyi Qəhrəmanı (1949), Azərb. SSR Ali Sovetinin (1, 5, 7–10 çağırış) deputatı.
1929-74 illərdə r-nda müəllim, Pedaqoji Texnikumun direktoru, Bakıda məktəb direktoru, Keşlə r-nunun Xalq Maarif Şöbəsinin müdiri, AKP MK aparatında təlimatçı, Şəki RK.-nın katibi, Azərb. KP Balakən, Zaqatala, Bərdə, Göyçay r-n komitələrinin birinci katibi və s. vəzifələrdə işləyib. 1948 ildə kənd təsərrüfatı məhsullarının istehsalı və satışının yerinə yetirilməsində yüksək əmək göstəricilərinə nail olub. Səfərəliyev 4 dəfə “Lenin”, “Qırmızı əmək bayrağı”, “Şərəf nişanı” ordenləri və medallarla təltif edilib.
Səfərəliyev bir müddət Göyçay r-n Partiya Komitəsinin birinci katibi vəzifəsində çalışıb. Onun rəhbərliyi dövründə Göyçay r-nu tarixdə ilk dəfə idi ki, pambıq yığımı planını vaxtında yerinə yetirmişdi. Səfərəliyev sayəsində az zaman içərisində Göyçay r-nu bütün resp.-ya nümunəvi rayon kimi göstərilməyə başlayıb. 1970 illərin ortalarında Səfərəliyevin Göyçayın sel sularından mühafizəsi üçün r-nda həyata keçirdiyi tədbirlər bu gün də r-n əhalisi tərəfindən böyük ehtiramla xatırlanır.
Mənbə: A.Zamanov. “Azərbaycan Dövlət Pedaqoji Universitetinin 100 məşhur məzunu”. Bakı, ADPU, 2021, s. 168.