Yəhyazadə (21.3.1902, Göyçay qəz.-nın Qaraxıdır k. – 2.1.1944, Ukrayna SSR, Zaporojye vilayəti) – pedaqoq, Böyük Vətən müharibəsi iştirakçısı.
Şəki seminariyasını (1920) və APİ Riyaziyyat fakültəsini bitirib (1924). Daha sonra Göyçay qəz.-nın Məlikkənd, Alpout, Bığır, Qaraxıdır k.-də pedaqoji fəaliyyət göstərib. 1933-42 illərdə Qaraxıdır k. məktəbində direktor vəzifəsində çalışıb. Böyük Vətən müharibəsinin ilk illərindən – 1942 ilin martında cəbhəyə yola düşüb. 416-cı Taqanroq diviziyasının tərkibində Şimali Qafqazdan Ukraynanın şərq ərazilərinə qədər döyüş yolu keçib. Ölümündən sonra bir sıra orden və medallarla təltif edilib.
Mənbə: Ukrayna SSR. Zaporojye vilayəti. ЦАПО. Фонд 58.
Rusiya Federasiyası. Mərkəzi Hərbi Arxiv. Moskva (Podolsk) İnformasiya Mənbəyi Fondu 18002. İş.41.