(23.2.1901, Göyçay qəz. Mallı-Şıxlı k. – 21.1.1991, Göyçay ş.) – pedaqoq.
İlk təhsilini evdə atasından alıb. 1921 ildə Mallı-Şıxlı k.-də müəllimlik fəaliyyətinə başlayıb. Pedaqoji kurslarda təhsil alıb, 2 illik Müəllimlər İnstitunu bitirib. Mallı-Şıxlı k. 7 illik və Göyçay ş. 5 saylı 7 illik məktəblərində müəllim və direktor işləyib. Ucar r-nunun Qazıqumlaq, Ramal, Şahlıq k. məktəblərinin təşkilində iştirak edib, həmin məktəblərdə müəllim və direktor işləyib. 1939 ildə “Qırmızı əmək bayrağı” ordeni ilə təltif edilib. 1941 ildə hərbi xidmətə çağırılıb, zabit hazırlayan kursda oxuyaraq leytenant rütbəsi alıb. 1943 ildə baş leytenant rütbəsində ordudan tərxis olunub. 1943 ildən yenidən pedaqoji fəaliyyətini davam etdirib. Göyçay r-nunun Mallı-Şıxlı və Xəlitli k. məktəblərində müəllim və direktor işləyib. 1945 ildə “1941–1945-ci illər Böyük Vətən müharibəsində fədakar əməyə görə” medalı, 1985 ildə 1-ci dərəcəli “Vətən müharibəsi” ordeni ilə təltif olunub.
Məlumat A.Məmməddən alınıb.