Bu ziyarətgah Göyçay–Müsüslü magistralınm 8-9 km-də yolun sol tərəfində yerləşir. Şərafəddin baba Hacı Xəlil Əfəndinin övladı olmuşdur. Hacı Xəlil Əfəndi XIX əsrin əvvəllərində Göyçay r-nunda dünyaya gəlmişdir. İslam tarixi, ərəb və fars dillərində mükəmməl təhsil alan Hacı Xəlil Əfəndi cavan yaşlarında Ağdaş r-nunun Dəhnə k.-nə müəllim olaraq göndərilmiş və orada bir kasıb ailənin qızı ilə həyat qurmuşdur. Həmin qadından iki övladı – Şərafəddin baba, Sədrəddin baba olmuşdur.
Hacı Xəlil Əfəndi Ağdaş r-nunun Dəhnə k.-ində vəfat etmişdir. Hazırda Qəbələyə gedən yolun kənarında Hacı Xəlil Əfəndinin qəbri üzərində günbəzi ucaldılmışdır. Sonralar isə həmin yerdə qəbiristanlıq salınmışdır. Şərafəddin baba Ağdaşda ailə qurduqdan sonra atasının vəsiyyətinə əsasən öz ata ocağına Göyçay r-nu Mollahacılı k.-inə qayıtmış və k.-in mollası olmuşdur. Şərafəddin babanın bir övladı olmuş və uşaq yaşlarında dünyasını dəyişmişdir. Şərafəddin baba 1935 ildə dünyasını dəyişmişdir. Qəbri Mollahacılı k.-ində Qızılağac k.-nin girişində yolun sol tərəfindədir.
Bu k.-in adı Hacı Xəlil Əfəndinin adı ilə bağlı olaraq Mollahacılı adlandırılmışdır. Bu qəbrin üzərində kvadrat formada (3,5 m x 3,5 m) mişar daşından 2 m hündürlüyündə türbə üçün hasar çəkilmiş, günbəz yeri axıra qədər tamamlanmamışdır.
Mənbə: İ.Musayev. “Göyçay rayonundakıdini abidələr və tarixi şəxsiyyətlər”, Bakı, “İpəkyolu”, 2014, s. 108-109.