(8.9.1971, Göyçay r-nunun Qarabaqqal k.–23.3.1993, Qubadlı r-nu ərazisində) – Birinci Qarabağ müharibəsi şəhidi.
İlk hərbi xidmətini Rusiya Federasiyasının Krasnoyarsk vilayədində, sonra isə Almaniyada keçib. Burada tank ordusu hissəsində hərbi texnikanın sirlərinə yiyələnir. Hərbi xidməti başa vurandan sonra vətənə qayıdır və 1992 ildə torpaqlarımızın müdafiəsinə yollanır. O, Qubadlı r-nunun Yazıdüzü k.-də gedən döyüşlərdə iştirak edir. 1993 ilin martında Seytaz k. uğrunda gedən döyüşdə snayper gülləsindən aldığı ağır yaralardan həyatını itirir. C.Sadıqov doğulduğu kənddə dəfn olunub.
Məlumat ailəsindən alınmışdır