(5.7.1958, Göyçay ş.) – tarix ü.f.d., dos.
1980 ildə ADU-nu bitirib. “Şuşa ş.-nin tarixi (XIX–XX əsrin əvvəlləri)” mövzusunda namizədlik dissertasiyası müdafiə edərək tarix üzrə f.d. elmi dərəcəsinə və dos. elmi adına yiyələnib. Həmçinin Azərb. tarixşünaslığının ayrı-ayrı dövrlərinə, o cümlədən XIX əsrin II yarısında Göyçay qəz.-nın demoqrafik durumuna və Göyçay tarixinin mənbəşünaslığına dair (1867–1917) elmi araşdırmalar aparıb. Hazırda AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunda aparıcı elmi işçi vəzifəsində çalışır.
Mənbə: https://science.gov.az/az/forms/doktora-filosofii-instituta-istorii/3027