(5.7.1958, Göyçay ş.) – tarix üzrə fəlsəfə doktoru, dos.
1958 il iyulun 5-də Göyçayda anadan olub. 1980 ildə Azərb. Dövlət Universitetini bitirib. Şuşa ş.-nin tarixi (XIX-XX əsrin əvvəlləri) mövzusunda namizədlik dissertasiyası müdafiə edərək Tarix üzrə fəlsəfə doktoru elmi dərəcəsinə və dosent elmi adına yiyələnib. Həmçinin Azərbaycan tarixşünaslığının ayrı-ayrı dövrlərinə, o cümlədən XIX əsrin II yarısında Göyçay qəzasının demoqrafik durumuna və Göyçay tarixinin mənbəşünaslığına dair (1867-1917) elmi araşdırmalar aparıb. Hazırda Azərb. Milli Elmlər Akademiyası A.A.Bakıxanov adına Tarix İnstitutunda Aparıcı elmi işçi vəzifəsində çalışır.
Mənbə: V.Abdullayev, R.Quliyev. Çinarlı yurdun övladları (əlyazması hüququnda). s.51